A

Martın 1-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqsədi ilə Bakının aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşüb.

Layihə çərçivəsində Bakının Səbail rayonunda yerləşən 2 saylı texniki humanitar lisey, 7 saylı tam orta məktəb, 160 saylı klassik gimnaziya, Nəsimi rayonu 1, 54, 240, 159 saylı tam orta məktəblər və 16 saylı texniki-humanitar lisey, Yasamal rayonu 21, 167, 158, 13, 53 saylı tam orta məktəblər, Xətai rayonu 147 və 27 saylı tam orta məktəblər, Nizami rayonu 32 və 220 saylı tam orta məktəblər, Nərimanov rayonu məktəb-lisey kompleksi, 258 saylı tam orta məktəb və “İstək” liseyi olmaqla 20 təhsil ocağına səfərlər təşkil edilib.Görüşlərdə şagirdlərə UNEC haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb. Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisədir. Burada təhsil 4 dildə – Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. UNEC tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır.Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, bakalavr diplomunu UNEC-də əldə etmək imkanını xüsusi maraqla qarşılayıb. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırılıb.

Şagirdlərə UNEC haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanıb və tanıtım videoçarxı nümayiş etdirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay