A

UNEC-in turizm ixtisasında təhsil alan tələbələr mayın 12-də Pullman Baku otelində keçiriləcək “TMW - Tourism Meetup & Workshop” adlı tədbirə heç bir ödəniş etmədən qatıla biləcəklər.

Skal International Bakunun (Azərbaycan Turizm Peşəkarları Assosiasiyası) təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi turizm sənayesinin inkişafı, satışların stimullaşdırılması, effektiv turizm strategiya istiqamətlərinin müəyyən olunması, turizm sahəsi üzrə ixtisaslaşan mütəxəssislərin və biznes sahiblərinin qarşılıqlı fikir mübadiləsinə şərait yaratmaqdır.

Tədbirin əsas mövzusu “Turizm məhsulu, yeni imkanlar, bazarlar və müasir trendlər”dir. Tədbirə 500 iştirakçının qatılması planlaşdırılır. Saat 09:00-da başlayıb 17:00-dək davam edəcək tədbir 3 paneldən ibarət olmaqla, 12 yerli və xarici tanınmış spikerlərin məruzə və təqdimatları ilə gerçəkləşdiriləcək. Spikerlərin siyahısı ilə buradan tanış ola bilrəsiniz.

Tədbirdə iştirak etmək istəyənlər ad və soyadlarını yazaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər. E-mailin mövzu bölməsinə “UNEC” yazmağınız xahiş olunur.

Yerlər məhduddur! İştirak hüququnu müraciət edən ilk iyirmi nəfər qazanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay