UNEC tələbələrinin nəzərinə!
“Gilan Holding” Sizi yeni start verdiyi Gilan Tələbə Təkmilləşdirmə Proqramında iştirak etməyə dəvət edir.
STEP layihəsi çərçivəsində siz “Gilan Holding”in yüksək vəzifəli əməkdaşları tərəfindən keçirilən təlimlərdə, müxtəlif zavod və müəssisələrə ekskursiyalarda, praktiki tapşırıq və məsələlərin həllində, təqdimatların keçirilməsində iştirak edəcəksiz. Beləliklə, gənclər təcrübəli menecerlərlə ünsiyyət, real iş mühitinin mənimsənilməsi, biznes etikasının öyrənilməsi imkanlarını qazanacaqlar.
Proqramın məzunları sertifikatlarla təltif ediləcəklər.
Proqrama ortalama balı 80%-dən yüksək olan 3-4-cü kurs tələbələri bakalaviriat və magistratura tələbələri qəbul oluna bilərlər.
Proqramda iştirak etmək istəyən tələbələr CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər. E-mailin mövzu bölməsinə “Gilan-Təcrübə” yazmağı unutmayın.
Proqramda iştirak tamamilə ödənişsizdir.
Proqram həftə içi beş gün saat 09:00-dan 18:00-dək keçirilməklə bir ay davam edəcək.
Layihənin məqsədi təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişafina töhfə vermək və “Gilan Holding”in struktur bölmələri üçün gənc kadr ehtiyatını hazırlamaqdır.