A

Mayın 25-də UNEC-in İqtisadiyyat fakültəsinin “Bir müəllim və bir tələbə” layihəsində növbəti debat təşkil olunacaq.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçiriləcək debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Fərid Ələsgərli çıxış edəcək. Debatın əsas müzakirə mövzusu ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin, iri sahibkarlıq strukturlarının mövcud vəziyyəti, müasir problemləri, KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, innovativ sahibkarlığın stimullaşdırılması məsələləri müzakirə olunacaq.

Debatda həmçinin strateji yol xəritələrinin əsas istiqamətlərinin öyrənilməsi və müzakirəsi təşkil olunacaq.

Eyni zamanda debat zamanı “İqtisadiyyatın tənzimlənməsi fənni üzrə test sualları ilə bağlı tələbələri maraqlandıran bütün suallar cavablandırılacaqdır.

“Bir müəllim və bir tələbə” debatı UNEC, II tədris binasında (202 saylı otaq) saat 11.00 da keçiriləcək. “İqtisadçı” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə keçiriləcək debata universitetin bütün tələbələrini dəvət edirik.

İştirak etmək istəyənlər “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına müraciət edə bilərlər:

Əlaqə telefonu: 012 564 37 06
E-mail ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR