A

Maliyyə Menecmenti departamentinin Büdcə, İFRS hesabatlılıq və Uçot şöbələrində yay dövrü üçün təcrübəçi (intern)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Qeyd olunan şöbələrdə gündəlik işlərin görülməsi;
  • Verilənlərin təhlil üçün yaralı hala salınması;
  • Hesabatların hazırlanması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə, kredit, iqtisadiyyat);
  • Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması
  • Ofis proqramlarında sərbəst işləmək bacarığının olması (SQL və Macros bilənlərə üstünlük verilir)
  • ACCA , CIMA və digər tanınmış sertifikatlar üzrə imtahanlara hazırlaşanlara üstünlük veriləcək

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərinivə bank xidmətlərini dərindən öyrənmək imkanı
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq
  • Təcrübənin sonunda iş təklifi almaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 iyun 2018-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay