A

26 avqust-1 sentyabr tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində “Yaşanılmış irs: Şərqi Avropada alman mədəniyyəti” adlı yay məktəbi keçiriləcək.

Yay məktəbində Avropanın müxtəlif ölkələrində alman məskənləri, onların tarixi, eləcə də bu ölkələrdə alman mədəni irsinin qorunub saxlanılmasına dair məruzələr dinlənəcək və həmin mövzular ətrafında müzakirələr təşkil olunacaq. Həmçinin yazı qabiliyyətinin təkmilləşdirilməsinə dair məşğələlər keçiriləcək.

 Yay məktəbi alman dilində təşkil olunduğundan alman dili biliyi yüksək olan şəxslərin müraciət etməsi tövsiyə olunur. Yay məktəbinin keçiriləcəyi günlər üzrə nəqliyyat və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir. Gündəlik yemək xərclərinin bir qismi (səhər yeməklərinin əksəriyyəti və 2 şam yeməyi) təşkilatçılar tərəfindən, digər qismi iştirakçıların özü tərəfindən ödənilir.

Yay məktəbində iştirak etmək istəyənlər Ərizə ilə müraciət Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət etməlidirlər.

Ərizənin göndərilməsi üçün son tarix: 15 iyul 2018-ci il.

Yay məktəbi barədə ətraflı məlumat

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay