A

Sankt-Peterburq Dövlət İqtisad Universiteti UNEC-n tələbələrini beynəlxalq tələbə olimpiadasında iştirak etməyə dəvət edir.

Tələbələr “İqtisadiyyat və menecment” Beynəlxalq Tələbə Olimpiadasının “Banklar, maliyyə bazarları və sığorta” bölməsində iştirak edə bilərlər.Tələbələrə test tapşırıqları və “Pul, kredit, banklar”, “Qiymətli kağızlar bazarı”, “Sığorta” predmetləri üzrə işgüzar oyunlar təklif ediləcək.

Beynəlxalq Tələbə Olimpiadası 22-26 oktyabr 2018-ci il tarixlərində keçiriləcək.

Olimpiadada iştirak etmək istəyənlər UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovaya müraciət edə bilər.  

Əlaqə: (012) 492-97-27

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR