Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “İnkişaf bi(r)likdədir!” devizi altında birja ticarəti üzrə “Gənc investor-2018” III simulyasiya yarışı keçiriləcək.
İştirakçılar yarışda 4 nəfərdən ibarət komanda şəklində virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcək. Eyni zamanda virtual bazarda dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin edəcək. Ən yüksək nəticə göstərənlər, nəinki qalib olacaq, habelə real maliyyə bazarında real ticarətin aparılması qaydalarını öyrənəcəklər.
Qalib komanda Bakı Fond Birjasının təcrübə proqramında iştirak etmək hüququnu qazanacaq.
Yarışda iştirak etmək istəyənlər 27 noyabr 2018-ci il tarixinədək öz CV-lərini və yarışa qatılmaq hədəflərini əhatə edən niyyət məktublarını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilər.