Nüfuzlu "Procter & Gamble" şirkətində karyera imkanları və təcrübə proqramları barədə infosessiya keçiriləcək!
Şirkətin nümayəndələrinin tələbələrlə görüşü 7 dekabr saat 12.00-da əsas binanın Heydər Əliyev Mərkəzində (otaq 305) keçiriləcək.
Karyera imkanları barədə məlumat almaq üçün bütün UNEC tələbələri dəvətlidir.
P&G Yay təcrübə Proqramı isə 3-cü kurs bakalavr və 1-ci kurs magistrlar üçün nəzərdə tutulub. Oxuduğunuz ixtisas fərqi olmadan satış və marketinq üzrə təcrübədə iştirak imkanınız var.
Təcrübə proqramına son müraciət tarixi 9 dekabr!