A

29 noyabr 2018-ci il tarixində saat 12.00-da UNEC-in II korpusunda, otaq 101-də “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən, 35.000 AZN-dək ilkin investisiya dəstəyi göstərən “Yeni Nəsil” layihəsinin təqdimatı və təlimi keçiriləcək.

İştirak üçün bu link vasitəsi ilə qeydiyyatdan keçmək olar: http://ng.youthinc.az/apply/

Proqramın məqsədi gənclərin biznes haqqında məlumatının artırılması, Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, ölkədə kiçik və orta biznesin inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəlib.

Təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəkdir. Bu biznes planların hazırlanması və təqdimat bacarıqları üçün əvvəlcədən iştirakçılara təlimlər keçiriləcəkdir. Təlimlər maliyyə savadlığının artırılması, biznes planların hazırlanması və biznes təqdimatın əsasları üzrə olacaq.

3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. Bu investisiya və 5 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını daha da formalaşdıraraq 4-cü mərhələyə hazırlaşacaqdır. 5 ay ərzində startapçılar həftəlik demo day və mentor ziyarətləri ilə təmin ediləcək, mentorların dəstəyi komandaların ilkin variantda məhsulun yaradılması prosesinə töhfə verəcəkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay