A

2019-2020 tədris ili üçün İndoneziya hökuməti bir illik İndoneziya universitetlərində İndoneziya dili, incəsənəti və mədəniyyətini öyrənməyə maraq göstərən tələbələr üçün Darmasisva İndoneziya təqaüd proqramı təklif edir.

2019-2020 tədris ili üçün İndoneziya Respublikasının hökuməti azərbaycanlı namizədlər üçün 5 yer ayırıb. Təqaüd proqramı tələbələrin beynəlxalq aviabilet xərcləri ilə yanaşı, proqram müddətində tələbənin aylıq, yerləşmə və nəqliyyat xərclərini də qarşılayır.

Darmasisva proqramı üçün müraciət edən namizədlər aşağıda tələb olunan meyarlara uyğun olmalıdır:

  • Orta təhsilli və ya ona ekvivalent olan təhsil müəssisəsinin məzunu olmalı;
  • Yaş həddi 17-35 olmalı;
  • Subay;
  • Tətbiq olunan sahə üzrə ümumi biliyə sahib olmalı.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı

  • CV/Tərcümeyi-hal
  • Tibbi arayış
  • Pasportun İndoneziyaya çatdıqdan sonra ən azı 18 ay etibarlıq müddətinin olması (nəzərdə tutulan tarix: 28 avqust 2019-cu il)
  • Təhsil müəssisəsi/Ali məktəb rəhbərliyi tərəfindən rəsmi blankda və imzalanmış tövsiyyə məktubu (ingilis dilində)
  • Sonuncu akademik transkript və sertifikatlar (ingilis dilində)
  • İngilis dilində səlis danışmağı bacaran və ya əlavə olaraq İndoneziya dilində danışa bilən (ingilis dili sertifikatı TOEFL/TOEIC/IELTS və ya digər etibarlı dil sertifikatı)
  • Müraciət etdiyiniz sahə üzrə əlaqədar digər sertifikatlar (etibarlıdırsa)
  • Təhsil məqsədiniz haqqında niyyət məktubu (maksimum 500 söz)
  • Hazırda təhsil aldığı universitetdən tövsiyə məktubu.

Müraciət üçün onlayn qeydiyyat 01 yanvar-01 mart 2019-cu il tarixədək etibarlıdır.

Ətraflı məlumat üçün: http://darmasiswa.kemdikbud.go.id/
Onlayn qeydiyyat üçün: http://apply.darmasiswa.kemdikbud.go.id/
Əlaqə: (+99412) 492 60 45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay