Hörmətli UNEC alimləri, tələbələri və elmi işlərlə məşğul olan əməkdaşları!

Sizin üçün “Cambridge University Press”, “Taylor & Francis” və “Wiley Online Library” elektron bazalarının resurslarından istifadə imkanları yaradılıb.

Zəngin akademik resurslara malik “Cambridge University Press”, “Taylor & Francis”, eləcə də “Wiley Online Library” elektron bazalardan mart ayının 1-dən aprel ayının 15-dək məhdudiyyətsiz yararlana bilərsiniz. Qeyd etmək istərdik ki, bu bazalardan istifadə elmi araşdırmalarda effektiv, yazılan elmi məqalələrdə yüksək nəticələr eldə edilməsi üçün çox əhəmiyyətlidir.

 Məlumat üçün:

“Cambridge University Press” elektron bazasında 390-dan çox tammətnli elmi jurnal, 3500-dən çox e-kitab, “Taylor & Francis” elektron bazasında 2100-dən çox elmi jurnal, 120000-dən artıq elektron kitab, “Wiley Online Library” məlumat bazasında 7 milyondan yuxarı elmi məqalə olmaqla 1600-dən yuxarı impakt faktorlu jurnallar,  21000 e-kitab var.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay