UNEC Empirik Tədqiqatlar Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) tələbələr üçün “Tədqiqat Vaxtı (Research Time)” layihəsinə başlayır.

Layihənin məqsədi UNEC tələbələrinin elmi tədqiqatlara marağının artırılması, onların tədqiqat bacarıqlarının inkişafının dəstəklənməsi,  nüfuzlu elmi jurnallarda tədqiqat işlərinin nəşr olunması standartlarının öyrədilməsi, yerli və beynəlxalq tədqiqat layihələrində iştiraklarının təşviq olunmasıdır.

“Tədqiqat Vaxtı” həftədə 2 dəfə təşkil olunacaq:

Bazar ertəsi: 13:45-15.15
Çərşənbə axşamı: 12:00-13.30

Məkan: Karyera Mərkəzi (UNEC-in əsas tədris binası, otaq 200).

Layihə elmi tədqiqata maraq göstərən tələbələr üçün nəzərdə tutulub. Layihədə iştirak könüllü və ödənişsizdir.

Əlaqə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay