UNEC-də Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində 15-19 aprel 2019-cu il tarixlərində Yaz Məktəbi təşkil olunacaq.

Siegen Universitetinin və UNEC-in magistrlərinin iştirakı ilə təşkil olunan Yaz məktəbində mühazirələri Siegen Universitetinin professoru Petra Moog  aparacaq.

Yaz məktəbində iştirak etmək üçün əsas şərtlər:

  • UNEC-in 1-ci kurs magistri olmaq
  • İngilis dilində sərbəst danışmaq

Müraciət üçün sənədlər:

  • Biznes ideya (1 səhifəlik)
  • Transkript (orta bal göstərilməklə)
  • CV
  • Pasportun surəti

İştirakçılar müsahibə yolu ilə seçiləcəklər.

Yaz məktəbinin içtirakçıları kredit və sertifikat əldə edəcək. Həmçinin yaz məktəbin nəticələrinə görə iştirakçılar Almaniyada təşkil olunacaq Qış məktəbində iştirak etmək şansı əldə edəcəklər.

Sənədlərin son qəbul tarixi: 29 mart 2019-ci il
Ünvan: UNEC, əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq

Əlaqə: 492-60-45, Afət Ələkbərova, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay