UNEC-də 2018/2019-cu tədris ilinin ikinci semestrindən tədris olunan “Azərbaycan iqtisadiyyatı” fənni üzrə kollokviumlar yazılı keçiriləcək.

Müasir standartlara uyğun yenilənmiş sillabus əsasında təşkil olunacaq kollokviumun yazılı keçiriləcəyini nəzərə alaraq Tədrisin keyfiyyətinin qiymətləndiilməsi və idarə edilməsi mərkəzinin təşəbbüsü ilə bütün fakültələrdə məsləhət saatları keçirilir. “Azərbaycan iqtisadiyyatı” fənni üzrə sonuncu məsləhət saatı martın 27-də keçiriləcək.

TOP XƏBƏRLƏR