A

Coca-Cola İçecek Azərbaycan şirkəti 12 aylıq ödənişli Menecment Təcrübə Proqramına start verdi.

Bu proqram sizə Gündəlik Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, insanlarla yeni əlaqələr qurmaq və iş həyatında tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı verəcəkdir. Əgər siz də beynəlxalq şirkətdə peşəkar iş təcrübəsi qazanmaq və parlaq karyera qurmaq istəyirsinizsə o zaman bu şansı qaçırmayın.

Proqram sonuncu kurs və ya magistratura dərəcəsində təhsil alan tələbələr, həmçinin son 2 ildə məzun olmuş gənclərə şamil edilir.

Menecment Təcrübə Proqramı haqqında sizə daha ətraflı məlumat vermək və suallarınızı birbaşa cavablandırmaq üçün Coca-Cola İçecek Azərbaycanın Rəhbər heyəti Universitetimizə sizin görüşünüzə gələcəkdir. Görüş 11.04.2019 tarixi saat 12:00-da UNEC-in əsas tədris binası, Heydər Əliyev Mərkəzində (otaq 305) zalında keçiriləcəkdir.

Görüşdə iştirak etmək istəyənlərdən aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmələri xahiş olunur:
https://forms.gle/n4s93F1dTHB91E6KA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay