Almaniyanın Yena şəhərində yerləşən Friedrich Schiller universitetinin “Dəhlizlər” təqaüd proqramına ərizə qəbulu başlanılıb.

Bir aylıq proqrama Şərqi Avropa və Cənubi Qafqaz regionunun münaqişələrə məruz qalmış ölkələrinin tədqiqatçıları, elmi işçiləri və alimləri müraciət edə bilərlər.

Müraciət edənlər elmi dərəcəyə (PhD) malik olmalı, sosial elmlər üzrə elmi fəaliyyət göstərməli, sülh və münaqişələrin həlli mözvularında maraqlı olmalıdırlar. Seçilmiş namizədlərin proqramda iştirakları ilə bağlı xərclər təşkilatçılar tərəfindən qarşılanır.

Proqrama müraciət üçün son tarix: 15 aprel, 2019.

Sənədlər göndərmək üçün e-ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ətraflı məlumat: www.opencorridors.de

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay