A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistrlər üçün “Yay semestri” təşkil olunacaq.

UNEC-də və universitetin Zaqatala filialında Yay semestrinin təşkilinə və gedişinə nəzarəti Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi həyata keçirəcək.

Yay semestri iyulun 22-dən avqustun 25-dək davam edəcək. İmtahan həftəsi isə 26 avqust-1 sentyabr tarixində olacaq. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün Yay semestri onların fiziki və fərdi imkanları, sağlamlıq durumu nəzərə alınmaqla, İnklüziv təhsil mərkəzi ilə birlikdə təşkil olunacaq.

Yay semestrinə yazılmaq istəyənlər fakültə tyutorlarına müraciət edə bilərlər.

Qeydiyyat üçün müraciət 5 iyul-15 iyul tarixlərində nəzərdə tutulub.

Əlavə məlumat: 492 65-64 (Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay