Yaponiyada tədqiqat aparmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslər üçün Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə təhsil proqramları haqqında  brifinq keçiriləcək. 

MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi  tərəfindən xarici tələbələr üçün təqdim olunan təqaüd olub (təhsil haqqından azad olma, aylıq təqaüd və ikitərəfli biletlə təmin olunma), Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.

Təqaüd proqramına sənəd qəbulu aprel ayının sonlarında başlanılacaq. Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsini izləyə bilərsiniz: https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html

Tarix: 22.04.2019

Saat: 14:30 -16:00

Məkan: Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı (Ünvan: Rəşid Behbudov küçəsi 134).

Qeyd: Brifinqdə iştirak etmək  üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay