A

Süd məhsulları istehsalçısı Atena Şirkəti UNEC-lə əməkdaşlıq əsasında “Könüllülük proqramı” təşkil edir. “Könüllülər” komandasına yeni məzun olmuş gənclər, sonuncu kurs tələbələri və karyerasını FMCG sahəsində qurmaq istəyən həvəslilər dəvət edilir.

Biz komanda üzvünü axtarırıq:
· Potensialli
· Öyrənməyə həvəsli
· Fərqli məkan və iş şəraitində işləməyi sevən
· Dəqiq/diqqətli
· Kreativ
· Office proqramlarından rahatlıqla istifadə edən
*
Komandaya dəvət alan könüllü
· Müasir avadanlıqlarla tam avtomatlaşdırılmış zavodda təcrübə
· Sertifikat
· Tövsiyyə məktubu
· İşə qəbul imkanı
Qazanır.
 
Məkan: Ağcabadi, Atena Süd zavodu.
 
Bölüm: istehsal və arxa ofis
Şərtlər: nahar və yaşayış yeri ilə təminat
 
· UNEC-in Qida məhsulları mühəndisliyi, İnsan Resurslarının idarəedilməsi, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları, Maliyyə, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması ixtisaslı gəncləri müraciətlərini 15.05.2019-cu il tarixinədək cv@@atenagroup.az ünvanına göndərə bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay