A

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tələbə və müəllimləri www.wto.az vebsaytında yerləşən məlumat və materiallardan faydalanmağa dəvət edir.

Saytda yerləşdirilən materiallar beynəlxalq ticarətə dair təhsil proqramlarına uyğundur. ÜTT sazişlərinin kənd təsərrüfatı, sanitariya, baytarlıq və fitosanitariya, standartlaşma, telekommunikasiya, bankçılıq və digər sahələri əhatə etməsini nəzərə alaraq, vebsaytlarda yerləşdirilən məlumat və materiallar digər təhsil platformaları üçün də faydalı ola bilər.

İstifadəçilər həmçinin saytdakı məlumatların istifadəsinə dair öz təcrübələri, həmçinin şərh və təkliflərini http://wto.az/feedback/ səhifəsinin “Müraciət forması” bölməsinə göndərə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay