A

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya regional Mərkəzi "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" adı altında Gənclər və İdman Nazirliyinin dəstəyi müxtəlif səviyyələrdə iclaslarının simulyasiya oyunlarını keçirir.

Bu layihə çərçivəsində təşkil edilən mühazirələr İƏT Akademiyası çərçivəsində İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığın gücləndirilməsində iştirakına dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etmək məqsədi daşıyır.

Akademiya çərçivəsində tələbələr İƏT-in strukturu, tarixi, prinsipləri ilə yanaşı, müxtəlif qlobal məsələlərə dair mövzularla tanış olur, daha sonra əldə etdikləri biliklərdən simulyasiya oyunları zamanı İƏT arenasında baş verən və beynəlxalq təsirə malik problemlərin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi zamanı yararlanır, sonda bu və ya digər problemlərin həlli üzrə konkret təkliflərlə çıxış edirlər. Akademiya çərçivəsində təşkil edilən mühazirələr əsasən İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfir və konsulları, müxtəlif beynəlxalq və yerli təşkilat qurumlarının aparıcı mütəxəssisləri tərəfindən aparılır. Simulyasiya oyunları ingilis dilində keçirilir. Beynəlxalq münasibətlər və diplomatiya üzrə praktiki təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün əvəzolunmaz vasitədir.

Proqramın əsas hissəsi olan yekun tədbirdə proqram iştirakçıları İƏT-ə üzv ölkələr üzrə işçi qruplara bölünərək İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən “İƏT XİN Sammiti”ndə İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul edirlər. Qapanış mərasimində proqramda xüsusi istedadı və bacarığı, fəallığı ilə seçilən gənclər səfirlər, diplomatlar, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsüsi hədiyyələr və diplomlarla təltif olunur və onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə edirlər. Qeyd edək ki, Qlobal Sammit hər il İƏT-ə üzv ölkələrin birində keçirilir.

Akademiya çərçivəsində mühazirələr və müəyyən sayda Azərbaycanlı tələbələrin seçim mərhələsi artıq yekunlaşmışdır. Biz beynəlxalq münasibətlərə dair siyasi bilikləri olan, özünə və biliklərinə güvənən və ingilis dilini ən azı upper intermediate səviyyəsində bilən yerli və əcnəbi tələbələri simulyasiya oyunlarında iştirak etməyə dəvət edirik.

Tələbələr arasında iyunun ortalarında keçirilməsi nəzərdə tutulan simulyasiya oyunlarında iştirak etmək istəyənlər 16 may 2019-cu il tarixinədək ad, soyad, e-mail və mobil əlaqə vasitələrinin qeyd edildiyi siyahısını cavabdeh koordinator vasitəsilə aşağıdakı əlaqə nömrələrindən istifadə etməklə göndərə bilərlər.

PS: “OIC Akademiyası” və ümumilikdə simulyasiya oyunları haqda aşağıdakı linkə daxil olub məlumat almaq olar:

https://youtu.be/FYFCSX8x3TI

Əlaqə nömrələri: 

Mob.: +994508812021, +994505391921 (WhatsApp)
Work: +994124921152 (19)
Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay