A

Sumqayıt Dövlət Universitetində 15-20 iyul 2019-cu il tarixlərində Azərbaycan Rusiya Universitetləri assosiasiyasına üzv Rusiya Federasiyasının universitetləri ilə birgə Azərbaycanı yaxından tanıyaq mövzusunda yay məktəbi təşkil olunacaq.

Yay məktəbi çərçivəsində nəzərdə tutulanlar:

- "Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı açılış mərasimində iştirak

-  Quba rayonuna və Qobustana səfər

-  Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiya

- Təhsil Nazirliyi, ADA universiteti və Bakı dövlət universitetində müxtəlif mövzular üzrə dəyirmi masa;

- Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, İçərişəhər, Dağüstü park və Tarix muzeyinə ziyarət;

- Şəhərin müxtəlif yerlərində gəzintilər və restoranlarında şam yeməkləri.

 Yay məktəbində iştirak üçün 2 tələbə seçiləcək.

Müraciət üçün son tarix: 12 iyul 2019-cu il

Maraqlanan şəxslər aşağıdakı elektron ünvanına müraciət edə bilərlər:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay