Almaniya Federal Ətraf Mühit, Təbiətin Muhafizəsi va Nüvə Təhlükəsizliyi Nazirliyinin maliyyə dəstəyi ilə Mərkəzi-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələri üçün “Klaus Topfer” Təqaüd Proqramına qəbul elan olunur.
18 ayı əhatə edən proqram Almaniyadakı Vilm adasında yerləşən Beynəlxalq Təbiətin Mühafizəsi Akademiyasında keçiriləcək.
Proqram Federal Təbiətin Mühafizəsi Agentliyi tərəfindən Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN), Bioloji Müxtəliflik Konvensiyası (CBD) və Köcəri Vəhşi Heyvan Növlərinin Mühafizəsi Konvensiyasinin (CMS) katiblikləri, habelə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Ümumdünya Konservasiya Monitorinq Mərkəzi (WCMC) ilə əməkdaşlıq çərçivəsində təşkil ediləcək.
Təlim özündə aşağıdakı “modul"ları ehtiva edəcəkdir:
- Təbiətin mühafizəsi barədə məlumatlandırma (9-20 mart, 2020)
- məkan kontekstində mühafizənin idarə olunması (20 avqust-1 sentyabr 2020-ci il); Mühafizənin iqtisadiyyatı və maliyyələşdirilməsi (16-27 mart 2021-ci il)
- Mühafizə idarəciliyi və siyasəti (22 avqust-2 sentyabr 2021-ci il).
Namizədlərin yaşı 35-dək olmalı, ingilis dilini sərbəst bilməli, aidiyyatı qurumda çalışmalı, biologiya, coğrafiya, kənd təsərrüfatı, mühafizəsi, landşaft planlaşdırması, meşəçilik, təbiətin iqtisadiyyatı, hüquq, ətraf mühit siyasəti, makroiqtisadiyyat, təbiətin mühafizəsi üzrə ən azı 3 illik iş təcrübəsinə müvafiq sahə üzrə universitet diplomuna malik olmalıdırlar.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- Ərizə
- Tövsiyə məktubu
- Tərcümeyi-hal
- Universitet diplomaları və ona əlavələr
- İngilis dili sertifikatı
- Pasport surətilə birgə
“word” va yaxud “pdf” formatında Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir
www.bfn.de/en/int-academy/klaus-toepfer-fellowship-programme.application.html
Qeyd olunan təqaüd proqramının tələblərinə cavab verən namizəd olduğu təqdirdə müvafiq sənədlər cari ilin 16 sentyabradək UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə təqdim olunmalıdır.
Əlaqədar şəxs: Murad Əliyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)
www.bfn.de/en/int-academy/klaus-toepfer-fellowship-programme.html