Almaniyanın Drezden şəhərində yerləşən BMT Universitetinin (UNU) Material Flüslər və Resursların İnteqrasiya olunmuş İdarə edilməsi İnstitutu və Drezden Texniki Universiteti tərəfindən təklif olunan suyun, torpağın və tullantıların inteqrasiya edilməsi üzrə (ödənişsiz əsasda) doktorluq proqramı elan edir.

Proqrama mühəndislik, sosial və təbii elmlər üzrə bakalavr, ətraf mühit resurslarının idarə olunması üzrə magistr dərəcəsinə malik olan və ingilis dilini mükəmməl bilən şəxslər müraciət edə bilər. Proqrama müraciət etmək istəyən şəxslər müvafiq ərizə forması (əlavə olunur), motivasiya məktubu, tərcümeyi-hal, qısa tədqiqat təklifi (2 səhifəlik), təhsil diplomları və əlavələrinin surətləri, ingilis dilinin bilik səviyyəsini təsdiq edən sənəd, iki tövsiyə məktubu və magistr tezisinin xülasəsini “pdf” formatında Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına 15.09.2019-cu il tarixinədək göndərməlidirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay