A

UNEC-də tələbələrin elmi-tədqiqat potensialının inkişaf etdirilməsi məqsədilə təlim keçiriləcək.

"Tədqiqata addım-addım: Mövzunu necə seçməli?" mövzusuna həsr olunan təlim UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən "ISE Tələbə Tədqiqat Klubu" tərəfindən təşkil olunacaq.

Təlim 20 noyabr saat 12.00-13.30 Karyera Mərkəzində (otaq 200) keçiriləcək. Təlimçi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyevdir. Tədqiqata marağı olan bütün UNEC tələbələri təlimdə iştirak edə bilər.

TOP XƏBƏRLƏR