Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 2020-ci il 22-29 yanvar tarixlərində Yaponiyada keçirilməsi nəzərdə tutulan “MIRAI” təcrübə proqramı üzrə iştirakçı qəbulunu elan edir.

Təcrübə proqramı “Qanunun aliliyinə xidmət edəcək insan resursları” mövzusunda keçiriləcək. Azərbaycandan olacaq proqram iştirakçıları Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iştirakçılarla birgə Yaponiyanın Xarici İşlər Nazirliyi, əlaqədar qurumlar və universitetləri ziyarət edərək, müxtəlif seminarlarda iştirak edəcək, hüquqşünaslar və ya yapon tələbələrlə ingilis dilində fikir mübadiləsi və müzakirələr apararaq, Yaponiya siyasəti və qanunları haqqında olan bilik və anlayışlarını artıracaqlar. Eyni zamanda, Yaponiyanın tarixi və mədəniyyətini öyrənmək üçün bəzi regionlara ziyarət də nəzərdə tutulub.

Kimlər müraciət edə bilər:
• Azərbaycanın universitetlərində təhsil alan tələbələr və ya şirkətlərdə hüquq sahəsi üzrə çalışan şəxslər;
• Yaş həddi: 20-30 yaş
• Hüquq, Beynəlxalq münasibətlər, Dövlət və İctimai Münasibətlər, İqtisadiyyat, İqtisadi İdarəetmə fakültələrinin tələbələri; hüquq sahəsində araşdırma edən tələbələr; şirkətlərdə hüquq üzrə çalışan əməkdaşlar; administrasiya sahələri üzrə böyükmiqyaslı biznesdə çalışan insanlar bu proqrama müraciət edə bilərlər.

Müraciət etmək üçün ardıcıllıq:
1) GUIDELINE - “MIRAI” Proqramı haqqında olan məlumatları diqqətlə oxumaq
2) Öncə bu linkdən daxil olaraq “MÜRACİƏT FORMASI”nı online formatda (https://reg31.smp.ne.jp/regist/is?SMPFORM=mftj-lbmesa-311dd516c6cbe5f83f0c18ce4b038b8e) doldurmağınız lazımdır;

QEYD: Yuxarıda qeyd olunan linkə daxil ola bilməsəniz, onu copy-paste edib, internet brauzerə qoymaqla istifadə edə bilərsiniz.
3) Daha sonra aşağıdakı sənədləri Yaponiya Səfirliyinin (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) email ünvanına göndərmək:

1 “2019-cu il MIRAI PROQRAMI ƏLAVƏ MÜRACİƏT FORMASI”
2 Xarici pasportunuzun şəkil hissəsinin surəti (PDF formatında)

Müraciət üçün son tarix: 30 noyabr (şənbə), 2019-cu il

Qeyd: mail ünvanına göndərilən maillərin ölçüsünün 10 MB-dan artıq olmamasına diqqət yetirməyiniz xahiş olunur.

Sənəd qəbulu mərhələsindən müvəffəq olan şəxslər növbəti (formatı haqqında daha sonra məlumat veriləcəkdir) mərhələyə addımlayacaqlar. Maraqlanan və şərtlərə uyğun gələn şəxslərin müraciətini gözləyirik!

Seçim prosesinin təxmini gedişatı
30 noyabr -   Müraciət etmək üçün son tarix
2 dekabr - Sənəd qəbulu mərhələsindən müvəffəq olmuş şəxslərin səfirlik tərəfindən məlumatlandırılması
3 dekabr  - 2-ci seçim mərhələsi (format haqqında daha sonra 1-ci mərhələdən keçmiş şəxslərə bildiriləcək)
10-15 dekabr - Seçim nəticələrinin elan olunması

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay