Layihə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 25 yanvar-14 mart (hər şənbə) 2020-ci il tarixlərində Binəqədi Gənclər Evində baş tutacaq.

 Təşkilatçılar “Gələcəyin diplomatları” layihəsində UNEC-in tələbələrini də görmək istəyirlər.  Layihənin məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiya sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onların ictimai fəallığına dəstək olmaqdır. Layihə müddətində diplomatiyanın əsasları, diplomatik ünsiyyət dili, müasir beynəlxalq münasibətlərdə və regional münaqişələrin həllində diplomatiyanın təsir gücü, yeni dünya nizamının, qlobal çağırışların müasir dplomatiyanın funksiya və vəzifələrinə təsiri, dövlətlərin xarici siyasəti, beynəlxalq təşkilatlar və s. mövzularda təlim-seminarlar, müzakirələr aparılacaq.  

İştirak etmək istəyənlər Tel: (012) 597 48 86; Fax: (012)  597 30 56 nömrələri və E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və website: www.gswyouth.org elektron ünvanları ilə əlaqə saxlaya bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay