2020-ci il 14-16 fevral tarixlərində Rusiya Federasiyasının Milli Tədqiqat Universiteti  “Ali İqtisad Məktəbi” («Высшая Школа Экономики») tərəfindən UNEC-də “Высшая лига» adlı Beynəlxalq tələbə olimpiadası təşkil olunacaq.

Olimpiadanın qalibləri MTU “Ali İqtisad Məktəbi”nin magistr proqramlarında imtiyazlı təhsil almaq şansı əldə edəcəklər.

Olimpiadada 3-cü və 4-cü kurs tələbələri, məzun və magistrantlar iştirak edə bilərlər. Olimpiadada iştirak sərbəst və ödənişsizdir.

Qeydiyyat olimpiadanın http://olymp.hse.ru/ma internet ünvanında 2020-cı il fevralın 3-nə kimi davam edəcək.

Qeydiyyatla bağlı və əlavə məlumat: UNEC-in Beynəlxalq Əlaqələr Departamenti, Afət Ələkbərova
Ünvan: UNEC-in I saylı tədris binası, Bakı ş., İstiqlaliyyət küç. 6, 115-ci otaq
Tel.: 492 60 45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay