Əziz tələbələr,
Rusiyanın nüfuzlu Ali İqtisad Məktəbi (HSE) ilə əldə olunan razılığa əsasən, UNEC tələbələri ödənişsiz olaraq bu universitetinin 72 online kursunu dinləyə bilərlər.
Bunun üçün bizim bakalavr və ya magistr tələbəmiz olmanız yetərlidir.
Kursların tədris dili: ingilis və rus
Kursların tam siyahısı: bit.ly/2KBrIkc
HSE-nin online kurslarına qoşulmaq üçün tələbələrimiz Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət etməlidir.
Emaildə qeyd olunmalıdır: ad, soyad, ata adı, email və əlaqə vasitəsi, tələbələ biletinin ön üzü, eləcə də online kurs siyahısından seçilən fənlərin adı.
Kurslar cari tədris semestrinin sonuna kimi davam edəcək.
Kursları dinləyib bitirdikdə imtahan və ya sertifikat verilməsi nəzərdə tutulmur.
Ətraflı məlumat üçün:
(055) 260-54-65 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. emailinə müraciət oluna bilər.