A

Koronavirus (COVİD-19) pandemiyası səbəbi ilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə ödənilən maddi yardımlar və internetə çıxışı olmayan təhsilalanlara 5 GB həcmində internet tarif paketinin alınması üçün tələb olunan birdəfəlik maddi vəsait onların smart tələbə kartlarına köçürüləcək. Sənədlərin siyahısı və ərizə forması tələbələrəin şəxsi kabinetlərinə də göndərilib.

Maddi yardım və 5 GB həcmində internet paketi üçün olan vəsait THİK hesabına ödəniləcək.

  1. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;

  1. Qarabağ müharibəsi əlilləri, şəhid və veteran övladları olan şəxslər;
  2. Valideynlər arasında nikahın pozulması, onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olan şəxslər;

Maddi yardımla bağlı müraciət üçün tələb olunan sənədlər:

  1. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;
  2. Tələbə bileti;
  3. UNEC THİK üzvlük vəsiqəsi;
  4. Tələbənin bank hesabına birdəfəlik maddi yardımın ödənilməsi üçün “Smart kart”-ın hesab üzrə çıxarışı/rekviziti (BirBank mobil tətbiqinə daxil olub, rekvizitlər funksiyasını seçməklə əldə etmək mümkündür)
  5. Valideynlərin (və ya valideynin) ölümü haqqında şəhadətnamə;
  6. Valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (I və II dərəcə əlil, qeydiyyatdan keçmiş işsiz) təsdiq edən sənəd. (müvafiq arayışları
    e-sosial.az saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür).
  7. Veteran statusunu təsdiq edən sənəd;
  8. Nikahın pozulması haqqında şəhadətnamə;
  9. Doldurulmuş ərizə forması

5 GB İnternet paketi üçün tələb olunan sənədlər:

  1. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;
  2. Tələbə bileti;
  3. Tələbənin bank hesabına birdəfəlik maddi yardımın ödənilməsi üçün “Smart kart”-ın hesab üzrə çıxarışı/rekviziti (BirBank mobil tətbiqinə daxil olub, rekvizitlər funksiyasını seçməklə əldə etmək mümkündür)
  4. Doldurulmuş ərizə forması.

Sənədlərin elektron surətinin təqdim olunması tələb olunur. Tələbələr yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidirlər.

Qeyd: Email göndərilərkən sənədlərin tam, oxunaqlı şəkildə yüklənilməsi və məktubda aktiv istifadədə olan mobil nömrə və fakültənin (məktəb/mərkəz) adının qeyd edilməsi mütləqdir.

Qeyd olunanlarla bağlı suallarınızı unecthik instagram sosial şəbəkəsinə ünvanlaya bilərsiniz.

ƏRİZƏ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay