Koronavirus pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanan tədbirlər planında həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınmışdır.Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabineti 13 aprel tarixli, 138 nömrəli qərar qəbul etmişdir. 

Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestri (2020/2021 payız semestri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək: 

  1. Ünvanlı dövlət sosial yardımı alanlar; 
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 

- I və II dərəcə əlilliyi olan şəxslər; 

- işsiz kimi qeydiyyatda olanlar; 

- yaşa görə əmək pensiyaçıları; 

- yaşa görə sosial müavinət alanlar. 

 Bu hüquqdan faydalanmaq üçün tələbələrin e-telebe.edu.az saytından qeydiyyatdan keçməsi tələb olunur. 

Qeydiyyat 12 oktyabradək davam edəcək. 

NK 13 aprel 138 saylı qərar

Əlavə sualınız yaranarsa, Sənəd Qəbulu Komissiyasının rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay