“Economics and Sociology” jurnalı (İqtisadiyyat və Sosiologiya) - İ&S (ISSN 2306-3459 Onlayn, ISSN 2071-789X Çap) Szczecin Universiteti (Polşa), Mykolas Romeris Universiteti (Litva), Sosial və İqtisadi Əlaqələr fakültəsi, Trencín Dubcek Universiteti (Slovakiya) və Sahibkarlıq və Hüquq Universiteti (Çexiya) ilə əməkdaşlıq edən Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən nəşr olunan rüblük açıq beynəlxalq akademik jurnaldır. 

Elmi jurnalda ümumi aktual mövzular (lakin bunlarla məhdudlaşmır) cəmiyyətin və iqtisadiyyatın, qurumların və təşkilatların, sosial qrupların, şəbəkələrin və əlaqələrin sosial-iqtisadi təhlil sahələrini əhatə edir.

Əsas mövzular:

  • İqtisadi tədqiqatlar və İqtisadiyyat fəlsəfəsi;
  • Siyasi elmlər və siyasi iqtisadiyyat;
  • İqtisadiyyat tarixi və sosioloji hadisələrlə bağlı araşdırmalar;
  • Sosiologiya və gender tədqiqatları;
  • Təhsilin iqtisadi və sosial problemləri;
  • Ətraf mühitin idarəedilməsi sahəsində sosial-iqtisadi və institusional məsələlər;
  • KOS-ların biznes idarəsi və menecmenti;
  • Dövlət idarəetməsi və sosial-iqtisadi nəticələr;
  • QHT sektorunun iqtisadi və sosioloji inkişafı;
  • Mədəni sosiologiya;
  • Şəhər və kənd sosiologiyası və demoqrafiya;
  • Miqrasiya məsələləri;
  • Biznes riskləri və dövlət təhlükəsizliyi sahəsində beynəlxalq məsələlər;
  • Rifah iqtisadiyyatı.

Jurnalın əsas istiqamətləri

  • Sosial tədqiqatın müasir problemləri;
  • İqtisadi inkişafın müasir problemləri;
  • Sosiologiya və iqtisadiyyata disiplinar yanaşma.

Jurnalın indeksləşdiyi bazalar:

  • EconLit, EBSCOhos, Business Source Complete, SocINDEX, IndexCopernicus, ICV, Ulrich's Periodicals Directory, GESIS;Knowledge Base Social Sciences Eastern Europe, SCOPUS, Cabell's Directory, ProQuest, SCIENCE INDEX, Norwegian Social Science Data Services (NSD), BazEkon, CAB Abstracts - ISI Thomson Reuters, MS&HE (Poland), List "B", rating score 15 pts., ERIH PLUS, WorldCat, DOAJ, BazHum, Emerging Sources Citation Index (ESCI) - Thomson Reuters, Web of Science - Thomson Reuters, JUFO, Level 1, BFI list, Level 1, Academic Journal Guide, CABS.

Tələblər haqqında geniş məlumat:

Əlavə məlumat: UNEC-in EFTİE departamenti
Tel.:(012) 492 72 98 (Şəfa Əlizadə)

TOP XƏBƏRLƏR