19-20 dekabr 2019-cu il tarixlərində "Avrasiya İnteqrasiyasının 25 illik yubileyi: mənşəyi, reallıqları, potensialı" XI Avrasiya Elmi Forumu keçiriləcək.

Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzi, Avrasiya iqtisadi inteqrasiyası, modernləşmə, rəqabətqabiliyyətli və davamlı inkişafın əsaslı problemləri üzrə Elmi Şurası, "Bir Kəmər - Bir Yol" strategiyasının tədqiqi və inkişafı üzrə Rusiya-Çin Birliyi, Avrasiya Elmi Forumu Parlamentlərarası Assambleyası Universiteti tərəfindən təşkil olunacaq forumda aşağıdakı əsas mövzular müzakirə olunacaqdır.

  1. Avrasiya iqtisadi inteqrasiyasının 25 və Avrasiya İqtisadi Birliyinin 5 illiyi: nailiyyətlər və perspektivlər.
  2. Böyük Avrasiya Tərəfdaşlığı: Çin və Rusiya arasında əməkdaşlıq.

III. Böyük Avrasiya dövlətlərinin ərzaq təhlükəsizliyi problemləri və onların həlli yolları.

  1. Ali təhsilin elmi və tədris fəaliyyətində innovativ kadrların hazırlanması və Vətənə xidmət.
  2. Böyük Avrasiya dövlətlərinin modernləşmə prosesindəki ənənəvi dəyərlər.
  3. Turizm Avrasiya bölgələrinin inkişafının bir amili kimi.

Forumun işçi dilləri: Rus, İngilis.
Müraciət və materiallar üçün son tarix: 01 dekabr 2019-cu il
Forumun saytı – http://www.enforum.ru/

Əlaqə məlumatlar: IPA EurAsEC Universitetinin Tədris işləri üzrə prorektoru Marina Yuryevna Spirina
Telefon: +7 (911) 728-28-94 (mob.)
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ƏTRAFLI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay