UNEC  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin 10 illiyi münasibətilə universitetdə silsilə tədbirlər keçiriləcək.

22 yanvar – “Verilənlər elmi: son onilliyin radikal yenilikləri (təlim və tədqiqatlarda necə tətbiq etməli?)” mövzusunda açıq dərs.

Məruzəçi: İAETİ-nin Qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri Murad Bağırzadə.

24 yanvar – “Davamlı istehlak və davamlı inkişaf” mövzusunda elmi seminar.

Məruzəçi: İAETİ-nin elmi katibi Rafail Rzayev.

27 yanvar - “Azərbaycanın ixrac potensialının müasir vəziyyətinin sistemli təhlili” mövzusunda elmi seminar.

Məruzəçi: İAETİ-nin "Qeyri-neft sektorunun inkişafı" şöbəsinin böyük elmi işçisi Elman İbişov.

29 yanvar – “Azərbaycanın xərclər-buraxılış modeli” mövzusunda elmi seminar.

Məruzəçi: İAETİ-nin direktoru, professor Yadulla Həsənli.

UNEC-in professor-müəllim heyəti tədbirlərə dəvətlidir.

Tədbirlər qeyd olunan tarixlərdə, saat 11:00-da UNEC-in əsas tədris binasında kiçik akt zalında təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay