UNEC-in professor-müəllim heyəti və təhsilalanların nəzərinə!

30 aprel 2020-ci il tarixinədək Rusiyanın İPR MEDİA şirkətinin “İPR Books” və “RKİ Platforması” adlı elektron resurslar istifadəçilər üçün açıq olacaq.

Rusiyanın İPR MEDİA şirkəti 2020-ci il aprelin 30-dək UNEC müəllimləri və təhsilalanlar üçün 2 elektron kitabxanadan: Bazasında 140 min kitab (hər ay 1000 yeni kitab), 2000 audionəşr olan “İPR Books” (www.iprbookshop.ru) və rus dilinin xarici dil kimi tədrisi üçün “RKİ Platforması”ndan (https://rosedu.ru) test rejimində üç ay müddətinə istifadə imkanı təqdim edir.

Qeyd olunan linklərdən əlavə, şirkət tərəfindən təqdim edilən loqin və parollar müəllimlərin və təhsilalanların şəxsi kabinetlərinə göndəriləcək.

UNEC-in müəllim və tələbələrinə daha bir imkanı məşhur De Gruyter bazası yaradır. Almaniyanın nəşriyyat evi və biblioqrafik-referativ informasiya bazası DE/G (De Gruyter) 19.02.2020 – 31.03.2020 tarixləri arasında istifadəçilər üçün açıq olacaq.

De Gruyterin Bazel, Pekin, Boston və Munhen şəhərlərində filialları mövcuddur. 270 ildir fəaliyyət göstərən De Gruyter şirkəti “Yale”, “Columbia University Press”, “Harvard University Press”, “Amesterdam University Press” və s. nəşr evləri ilə əməkdaşlıq etməkdədir.

Elektron bazada sosial və humanitar elmlərə aid 78 min 915 nüsxədə ədəbiyyat var ki, bunlara jurnallar, dissertasiyalar, tezislər, konfrans topluları, elektron kitablar, monoqrafiyalar və s. daxildir.

Bu bazada ən çox müraciət olunan “Review of Network Economics”, “The B.E. Journal of Macro-economics”, “Entrepreneurship Research Journal” jurnallarıdır. Bazada iqtisadiyyat, biznes, menecment, maliyyə, turizm, islam biznesi və maliyyəsi və mühasibat uçotu ixtisaslarına aid ədəbiyyatlar mövcuddur.

DE/G-nin əsas tərəfdaşları Web of Science, Scopus, Google Scholar, EBSCOhost və s. beynəlxalq bazalardır. Onlayn elmi kitabxana dünyada ən çox müraciət olunan biblioqrafik-referativ informasiya bazalarından biridir.

Əlavə məlumat əldə etmək üçün qeyd olunan link vaistəsilə bu bazaya daxil ola bilərsiniz: https://www.degruyter.com/

Gələcək əməkdaşlığın davamlılığı məqsədilə sözügedən bazalar haqqında təklif və rəylərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay