A

Bilig-Türk Dünyası Sosial Elmlər Jurnalı” Türkiyənin Ahmet Yeseve Universiteti tərəfindən təsis edilib.

İldə dörd dəfə nəşr olunan jurnalın İSSN nömrəsi 13010549, Q3 kvartili, impakt faktoru (SJR): 0.15-dir. Jurnal SSCİ Social Sciences Citation Index, Social Scisearch, Journal Citation Reports /Social Sciences Edition (Web of Science), SCOPUS (Elsevier Bibliographic Databases), TUBİTAK / ULAKBİM TR DİZİN və s. bazalarında indeksləşir.

“Bilig” jurnalının əsas məqsədi türk dünyasının mədəni sərvətlərini, tarixi və çağdaş həqiqətlərini elmi çərçivədə təqdim etməkdən ibarətdir. Əsas hədəfi isə Türk Dünyasına aid keyfiyyətli elmi araşdırmaların ictimaiyyətə çatdırılmasıdır. Jurnalın redaksiya heyəti seçim zamanı bu sahədə yeni, dəyərli və perspektivli fikirlər və araşdırmalar əks olunan orijinal məqalələrə üstünlük verir. Bilig jurnalına öncədən başqa yerdə nəşr olunmuş elmi məqalələr qəbul olunmur. Yalnız konfrans və ya simpozium toplularında öncədən dərc olunmuş məqalələr (məqalənin nəşr olunması haqqında məlumatlar dəqiq göstərilməklə) nəşr üçün təqdim oluna bilər. Jurnala türk və ingilis dilində məqalələr (xülasəsi türk, rus, ingilis dilində) təqdim etmək mümkündür. Qeyd olunan linklərə daxil olaraq, jurnala məqalə təqdim etməklə   yanaşı, jurnalın rəyçi heyətinin üzvü olmaq mümkündür

http://bilig.yesevi.edu.tr/yazar-rehberi.html

http://bilig.yesevi.edu.tr/hakem-rehberi.html

Tel : (0 312) 216 06 44, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR