“Journal of International Studies” Szczecin Universiteti (Polşa), Buxarest İqtisadi Tədqiqatlar Akademiyası (Rumıniya) və Praqa Biznes Universitetinin (Çexiya) birgə əməkdaşlığı ilə Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən nəşr olunan rüblük jurnaldır.
2009-cu ildən təsis edilmiş Open Access jurnalın İSSN nömrəsi (Online) 2071-8330, (Print) 2306-3483, əsas tədqiqat istiqamətləri isə iqtisadiyyat, ekonometrika və maliyyədir. Scimago Journals Rankings sistemində qeydiyyatda olan Q2 kvartilli jurnal SCOPUS, EBSCO, Econlit, SCIENCE INDEX və s. bazalarda indeksləşir.
10-15 səhifə həcmində olan məqalə https://www.jois.eu/?en_instructions-for-authors,4 linkində qeyd olunan şərtlərə uyğunlaşdırılaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqatçılarının məqaləsi “Journal of International Studies” jurnalının 13, №1, 2020 cildində nəşr olunub.
Əlavə məlumat almaq üçün mailto: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət edə bilərsiniz.