Türkiyənin EconJournals nəşriyyatının məhsulu “International journal of energy economics and policy” jurnalının tədqiqat sahəsi iqtisadiyyat, ekonometrika və maliyyədir.
SIR reytinq sıralamasında impakt faktoru (SJR) 0.386, Q2 kvartilli, ISSN nömrəsi 2146-4553 olan beynəlxalq akademik jurnalda enerji siyasəti, iqtisadiyyatı ilə bağlı elmi əsərlərə üstünlük verilir. Open Acess jurnal Scopus, (ABDC), RePEc and IDEAS, DOAJ, EBSCO, IndexCopernicus, Google Scholar və s.bazalarda indeksləşir.
Müəllif qeydiyyatdan keçərək və məqalənin təqdim olunma şərtlərinə əməl edərək, elmi nəşrini dərc etdirə bilər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri 2019-2020-ci illərdə bu jurnala müraciət etmişdir
Əlavə məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. linkinə müraciət edə bilərsiniz.