A

Böyük Britanyada 1977-ci ildən təsis edilən “Marine policy” jurnalının tədqiqat sahələrindən biri iqtisadiyyat, ekonometrika və maliyyədir.

SIR reytinq sıralamasında SJR 1.24 olan jurnalın kvartili Q1, ISSN nömrəsi 0308597X, impakt faktoru 2.865, Cite Score 3.08-dir. Akademik jurnalın redaksiya heyəti tərəfindən beynəlxalq, regional və milli dəniz siyasəti, dəniz resurslarının idarə edilməsi və tənzimlənməsi, dəniz ekologiyası və ətraf mühit, dəniz ehtiyatlarının qorunması və istifadəsi haqqında olan elmi əsərlərin nəşrinə üstünlük verilir. Open Acess jurnal Scopus, RePEc, Sosial Sciences Citation Index, Research Alert və s.bazalarda indeksləşir.

Tədqiqat istiqaməti jurnalın araşdırma sahələrinə uyğun olan müəlliflər (Elsevier sistemindəki istifadəçi parametləriniz ilə) qeydiyyatdan keçə və məqalənin təqdim olunma şərtlərinə uyğun şəkildə elmi nəşrini təqdim edə bilər. Jurnala məqalə təqdim etdikdə ORCID istifadəçisi olmağınız şərtdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələrinin məqaləsi “Marine policy” jurnalının №118August2020 cildində nəşr olunub.

Jurnal haqqında ətraflı məlumat

TOP XƏBƏRLƏR