A

Journal of Applied Economics” SIR reytinq sıralamasında yer alan Böyük Britaniyanın nəşri, Q2 kvartilli, SJR2018-0.28, ISSN nömrəsi 16676726, 15140326, iqtisadiyyat, ekonometrika və maliyyə elmlərindən bəhs edən OPEN ACCESS jurnaldır.

Jurnal ISI (Social Sciences Citation Index (SSCI)), Scopus, GEOBASE, EBSCO (Advanced Placement Source, Business Source Alumni Edition, Business Source Complete, Business Source Corporate, Business Source Corporate Plus, Business Source Elite, Business Source Premier, Business Source Ultimate, Finance Source, NSA Collection, TOC Premier), Economic Literature Database  and  Directory of Open Access Journals (DOAJ)  bazalarında indeksləşir. “Journal of Applied Economics” jurnalında makro və mikroiqtisadiyyat sahəsinə töhfəsini verən əhəmiyyətli və orijinal məqalələrin nəşrinə üstünlük verilir. Bu istiqamətlərə müəssisə iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat, əmək iqtisadiyyatı, pul və bank işi, iqtisadi artım, dövlətin fiskal siyasəti, siyasi iqtisad, hüquq və iqtisadiyyat və ətraf mühitin iqtisadiyyatı daxildir.

Müəlliflər ORCID vasitəsi ilə qeydiyyatdan keçərək qoyulan şərtlərə uyğun formada məqalələrini təqdim edə bilərlər. UNEC nümayəndələrinin məqaləsi “Journal of Applied Economics”  jurnalının 23, №1, 2020 cildində nəşr olunmuşdur.

TOP XƏBƏRLƏR