A

Rusiya Təbiət Elmləri Akademiyası Nəşriyyat Evinin kitabxanasının saytında https://monographies.ru/ akademiyada və müxtəlif nəşriyyatlarda dərc edilmiş bir sıra kitabların elektron və çap versiyasında satışını həyata keçirən ixtisaslaşdırılmış kitab mağazası açılıb.

Mağazada monoqrafiya, dərslik və dərs vəsaitləri, məqalələr toplusu, konfrans materialları və digər elmi nəşrləri yerləşdirmək olar. Nəşriyyat Evi müəlliflərə nəşrlərini həmin elektron mağazaya təqdim etməyə dəvət edir. Zəruri xərcləri çıxmaqla nəşrin satışından əldə olunan gəlirin 50%-i müəlliflərə verilir. Müəlliflər həm qonorar əldə edir, həm kitabları təbliğ edilir, həmçinin ona edilən istinadların sayı artır. Bu kitab mağazasında nəşrlər çap versiyası ilə yanaşı, elektron versiyada da satışa təqdim edilir ki, bu da alıcı auditoriyasını xeyli artırır.

Ətraflı məlumat üçün Rusiya Təbiət Elmləri Akademiyasının baş elmi katibi prof.N.Y.Stukovaya, təqdim edilən ünvana- (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay