A

UNEC-in Strateji inkişaf üzrə prorektoru prof. Mirdaməd Sadıqovun iştirakı ilə 26 iyun saat 11.00-da UNEC-in strateji inkişaf planlaşdırılmasının təkmilləşdirilməsi ilə bağlı onlayn müzakirələr keçiriləcəkdir.

Görüşdə universitetdə fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, fakültə, mərkəz, məktəb, kafedra və filial rəhbərlərinin öz səlahiyyətləri və fəaliyyət dairələri çərçivəsində rəhbərlik etdikləri strukturun inkişaf strategiyaları haqqında təklifləri dinləniləcək, həmçinin mövcud vəziyyət müzakirə olunacaqdır. Daxil olan təkliflər əsasında icra planı hazırlanacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay