UNEC Kitabxana-İnformasiya Mərkəzi oktyabr ayının 5-dən etibarən müəllim-tələbə heyəti üçün bir sıra bazalardan istifadə imkanı təqdim edir:

Bazada Türkiyənin 250 nəşriyyatında nəşr olunan müxtəlif elm sahələri üzrə 20.000-ə yaxın kitab yerləşdirilmişdir. İstifadəçilər “HiperKitap”da olan 18000-dən çox kitabı onlayn oxuya bilərlər. Oxucular kitabları onlayn oxumaqla yanaşı, müəyyən səhifələri yükləyə biləcəklər. Bazadan istifadə ilə bağlı bütün məlumatlar şəxsi kabinetlərə yönləndirilmişdir.

Bazada dünyanın aparıcı 650 nəşriyyatında nəşr edilmiş 700 000 adda müxtəlif sahələrə dair kitablar mövcuddur. Hər il təxminən 100 000 yeni nəşr bazaya əlavə edilir. Oxucular kitabları onlayn oxumaqla yanaşı, müəyyən səhifələri, fəsilləri, eyni zamanda seçilmiş məqalələri yükləyə biləcəklər. Bazadan istifadə ilə bağlı bütün məlumatlar şəxsi kabinetlərə yönləndirilmişdir.

  • Rus dilində kitab, jurnal, audio nəşr və s. ilə zəngin “İPR Books” bazası- (iprbookshop.ru)

Bazada 140 min kitab (hər ay 500-dən çox yeni kitab), 2000-ə yaxın audionəşr onlayn və oflayn rejimdə istifadənizdədir. Bazadan istifadə ilə bağlı bütün məlumatlar şəxsi kabinetlərə yönləndirilmişdir.

Bazaya iqtisadiyyat, hüquq, sosial və siyasi elmlər, biznes, texnika eləcə də incəsənətlə bağlı kitab, elmi jurnal və məqalələr daxildir. Bazada hər istifadəçi qeydiyyatdan keçməklə  ayda 100 məqalə oxuya və ya yükləyə bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay