A

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nəzdində fəaliyyət göstərən ÜTT Sədrlər Proqramı (WTO Chairs Programme) növbəti dörd il üçün yeni heyət axtarışındadır.

Əsası 2010-cu ildə qoyulan proqramın məqsədi benefisiar ölkələrin akademik mühiti və qərarqəbulediciləri arasında bilik və qarşılıqlı ticarət əlaqələri əsasında bilik və bacarıqların artırılmasıdır. Proqram universitetlər və tədqiqat institutları arasında ticarət yönümlü akademik fəaliyyətlərə dəstək olur. Müəllimlər elan olunmuş tenderdə üç istiqamət üzrə müraciəti tamamlamalıdır: tədqiqat, kurrikulumun inkişaf etdirilməsi və təşviqat fəaliyyətləri.

ÜTT Sədrlər Proqramına 2021-ci ildə 21 yeni universitet növbəti dörd il ərzində iştirakçı kimi qəbul ediləcəkdir. Proqrama universitetin yalnız dosent və professor heyəti tərəfindən beynəlxalq iqtisadiyyat, beynəlxalq hüquq, siyasi elmlər və beynəlxalq əlaqələr mövzularında onlayn müraciət ünvanlana bilər.

Proqrama müraciətlə bağlı UNEC Beynəlxalq əməkdaşlıq departamenti Layihələrin idarəolunması şöbəsinə müraciət edə bilərsiniz: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

Proqramın onlayn müraciət forması: http://wtochairs.org/expression-interest

TOP XƏBƏRLƏR