Avropa İttifaqının Horizon Avropa proqramı (Horizon Europe) çərçivəsində maliyyələşdirilən COST (The European Cooperation in Science and Technology) təşkilatı ilə bağlı informasiya sessiyası keçiriləcək.

Tədbir 28 yanvar, saat 11:00-da Zoom platforması üzərindən təşkil olunacaq.

Tədbiri Avropa Tədqiqat Mərkəzi və COST üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov aparacaq. Görüşdə COST proqramı çərçivəsində tam maliyyələşdirilən Avropanın yay və qış məktəblərində, eləcə də elmi konfranslarda iştirak, elmi tədqiqatların avropalı partnyorlarla birgə aparılması imkanları, eləcə də Horizon Avropa proqramında iştirakla bağlı ətraflı məlumat veriləcək.

COST proqramı doktorant, müəllim və professor heyəti üçün nəzərdə tutulub. Onlayn sessiya zamanı iştirakçıların sualları cavablandırılacaq.

İştirak etmək istəyən şəxslərdən ad, soyad və vəzifəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına 27 yanvar tarixinə qədər göndərmələri xahiş olunur. 

TOP XƏBƏRLƏR