A

16 noyabr 2018-ci il tarixində saat 10:30-da UNEC-in əsas binasının kiçik akt zalında "Yerli və beynəlxalq donorlardan qrant dəstəyi almaq üçün tədqiqat layihələrin hazırlanması” mövzusunda seminar-təlim keçiriləcək.

Təlimdə donor tələblərinə cavab verən layihə təkliflərinin hazırlanması qaydaları, müvafiq ardıcıl tədbirlərin təşkili üsulları, layihə təklifinin sənədlər dəstinin tərtibi addımları, xarici və yerli təcrübələri nəzərdən keçiriləcəkdir.

Təlimçi qismində UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun  şöbə müdiri, dosent Murad Bağırzadə çıxış edəcək.

UNEC əməkdaşlarını tədbirdə iştirak etməyə dəvət edirik. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay