Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği" mövzusunda seminar keçiriləcək.

Seminar 12 mart 2019-cu il tarixində saat 10.00-da UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi 6) Heydər Əliyev İrisinin Araşdırılması Mərkəzində (otaq 305) keçiriləcək.

Seminarın keçirilməsində məqsəd Open Science, Open Access, Open Research date, Open Innovation, Open Research computation, Citizen science, Scientific Social Network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCİD, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır. Seminar gənc alim, doktorant, dissertant, magistr və tələbələr üçün nəzərdə tutulur.

Seminarın proqramı

Qeydiyyatdan keçmək üçün əlaqə: 4927298

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay