A

06 may 2019-cu il tarixində saat 11:00-da UNEC-də "2019-ci ilin ilk 3 ayında sosial-iqtisadi inkişafın yeknlarına və qarşıda duran vəzifələrə" həsr olunmuş  elmi-praktiki seminar keçiriləcək.

Seminarda Nazirlər Kabinetinin aprelin 30-da, 2019-cu ilin ilk 3 ayında sosial-iqtisadi inkişafın yeknlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə məruzəçi qismində UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun  böyük elmi işçisi, i.ü.f.d. Fərhad Mikayılov çıxış edəcək.

UNEC əməkdaşlarını tədbirdə iştirak etməyə dəvət edirik. 

Seminarın keçiriləcəyi yer: UNEC-in Əsas binasının kiçik akt zalı (otaq 211)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay