A

Rusiyanın Ural Dövlət İqtisad Universitetində 21-23 aprel 2020-ci il tarixlərində “Rusiya və dünya regionları: ideyaların reallaşdırılması və imkanlar iqtisadiyyatı” mövzusunda XI Avrasiya Gənclərin İqtisadi Forumu keçiriləcək.

Forumda 72 ölkədən iyirmi mindən çox gənc alim və ekspertin iştirakı gözlənilir. Gənc alimlərin hazırladıqları layihələrdən ən maraqlısı forumun altı konqresi çərçivəsində təqdim olunacaq: iqtisadçılar, innovatorlar, maliyyəçilər, servis texnologiyaları, strateqlər və məktəblilər. Həmçinin, konqreslər zamanı aparıcı ekspertlərin açıq mühazirələri, elmi-tədqiqat işlərinin müsabiqələri və digər tədbirlər təşkil olunacaq.  

Forum haqqında daha ətraflı məlumat: www.eurasia-forum.ru  

Maraqlananlar UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinə müraciət edə bilərlər.

Əlaqə: (012) 492 18 82

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay